İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Dneprdə çay fabrikini BOMBALADI

Rusiya ordusu Dnepr şəhərinə növbəti raket hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, hücum nəticəsində bir sıra mülki obyektlərlə yanaşı, “TeaHouse” adlı çay istehsalı fabriki da zərər görüb.

Şirkətin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, raket zərbəsi nəticəsində müəssisənin istehsalat və anbar sahələrinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən, zavodun əməkdaşları arasında xəsarət alan olmayıb.

“Bu, bizim üçün böyük sınaqdır. Lakin biz istehsalı bərpa etməyə, fəaliyyətimizi davam etdirməyə və cəmiyyətin dəstəyinə arxalanmağa qərarlıyıq”, – “TeaHouse”un açıqlamasında qeyd olunub.

Zərərin dəqiq miqyası müəyyənləşdirilir. Şirkət müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR