İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Şengen vizası xəyalı ilə dələduzların toruna düşür – Rusiyadan qaçmaq arzusu fəlakətlə bitir

Musavat.com xəbər verir ki, Rusiyada Şengen vizası almaq istəyən vətəndaşlar yeni və hiyləgər dələduz sxeminin qurbanına çevrilirlər. Fırıldaqçılar özlərini səfirlik əməkdaşı kimi təqdim edərək insanları vizaya dair “detalları dəqiqləşdirmək” bəhanəsi ilə əlaqə saxlayır, sonra isə onları qorxudaraq soyurlar.

Bu barədə “SafeTech” şirkətinin baş direktoru Denis Kalemberg xəbərdarlıq edib. Onun sözlərinə görə, fırıldaqçılar zərərçəkənə “Gosuslugi” (Rusiya dövlət xidmətləri portalı) üzərindən guya adından etibarnamə verildiyini deyirlər. Əgər vətəndaş bu barədə məlumatlı olmadığını bildirirsə, ona təcili geri zəng etməsi təklif olunur.

Zəng edən şəxs daha sonra qurbanı panikaya salaraq bildirir ki, onun adından terrorizmin maliyyələşdirilməsinə cəhd edilib. Hədə-qorxunun ardınca isə klassik sxem işə düşür:
“Pulunuzu xilas etmək üçün təcili bank krediti götürün və vəsaiti ‘təhlükəsiz hesaba’ köçürün” – deyilir. Əgər məbləğ böyükdürsə, guya “xüsusi inkassator” evə gələrək pulu nağd şəkildə aparacaq.

Kalemberg bildirir ki, bu dələduzluq üsulu xüsusilə Avropaya çıxmaq ümidi ilə son qəpiklərini vizaya sərf edən ruslar arasında yayılıb. Təşviş içində olan vətəndaşlar real düşünmə qabiliyyətini itirir və bütün pullarından könüllü şəkildə məhrum olurlar.

Ekspertlər xəbərdarlıq edirlər ki, heç bir səfirlik telefon vasitəsilə şəxsi maliyyə məlumatlarını istəmir, bu tip zənglər isə açıq şəkildə fırıldaq sxemidir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR