İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq ABŞ səfiri: “Lavrov diplomat deyil..."

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiya xarici işlər naziri Sergey Lavrovla bağlı sərt açıqlamalar verib.

Musavat.com xəbər verir ki, tanınmış diplomat bu fikirləri bloqer Yuri Dudya verdiyi müsahibədə səsləndirib.

“Lavrovla işləmək çətin idi. O, sadə insan deyil. O diplomat deyil, çox döyüşkən xarakterə malikdir,” – deyə Makfol bildirib.

Makfol həmçinin Lavrovun diplomatik protokolu pozduğunu iddia edib. Onun sözlərinə görə, nazir ona “Maykl” deyə müraciət edib, halbuki rəsmi qaydalara əsasən, diplomata “cənab səfir” (Mr. Ambassador) deyilməsi nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR