İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq nazir 4 il həbs cəzası aldı - Bir zaman Putin və Kadırov onu təltif etmişdi

Rusiya Federasiyasında yüksək vəzifələrdə çalışmış keçmiş dövlət rəsmisi İqor Milaşevski Moskva məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Zamoskvoreçye Rayon Məhkəməsində keçirilən prosesdə sabiq nazir dövlət əmlakının mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə təqsirli bilinib.

İqor Milaşevski 1994–1998-ci illərdə “VımpeLKom” şirkətinin vitse-prezidenti, 2004–2011-ci illərdə Çeçenistan Respublikasının rabitə və nəqliyyat naziri, 2012–2018-ci illərdə Rusiya Rabitə Nazirliyinin rəhbərliyində müşavir, 2018–2022-ci illərdə isə “GLONASS” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru olub. Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, Milaşevski rəhbərlik etdiyi dövrdə şirkətdən işdən çıxan yüksək vəzifəli əməkdaşlara qanunsuz şəkildə iri məbləğdə kompensasiyalar – “qızıl paraşüt” ödətdirib. Həmçinin o, bir neçə gün iş yerində iştirak etmədiyi halda, bu günlər üçün əməkhaqqı alıb. İstintaq orqanları bildirir ki, nəticədə “GLONASS”a 9 milyon rubl həcmində maddi zərər dəyib.

Məlumata görə, İqor Milaşevski 2023-cü ilin oktyabrında Moskvada saxlanılıb. Onun fəaliyyəti ilə bağlı istintaq həmin dövrdə başlayıb və məhkəmə prosesi bu günlərdə yekunlaşıb. Qeyd edək ki, Milaşevski Rusiya Prezidenti Vladimir Putin və Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən müxtəlif dövrlərdə təltif olunmuş şəxs kimi tanınır. Onun atası Anatoli Milaşevski polkovnik rütbəsində xidmət etmiş və Moskvada raketdən müdafiə sisteminin yaradıcılarından biri kimi tanınmışdı. O, 2017-ci ildə faciəli şəkildə vəfat edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2025

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR