İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabit tariflərlə bağlı qanun qüvvəyə mindi - Prezident TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Musavat.com xəbər verir ki, bundan sonra, Azərbaycanda elektroenergetika sektorunda sabit tarif tətbiq olunacaq.

Sənədə əsasən, elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə aylıq sabit tarif tətbiq olunacaq.

Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR