İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Diananın “qayğı paltarı” 520 min dollara satıldı  


Uels şahzadəsi Dianaya (1961-1997) məxsus çiçək naxışlı ipək paltar hərracda 520 min dollara satılıb.

Musavat.com xəbər verir ki, məlumatı Amerikanın Julien's Auctions hərrac evi açıqlayıb. Şahzadənin bu paltarı "qayğı paltarı" kimi tanınır, çünki o, tez-tez xəstəxanaya səfərləri zamanı onu geyinirdi.
Məlumata görə, lotun başlanğıc qiyməti 50.000 dollar olub.

Ümumilikdə Diana və Britaniya kral ailəsinin digər üzvlərinə aid 300-dən çox əşya hərraca çıxarılıb. Onların arasında Fransanın keçmiş birinci xanımı Bernadette Şirakın şahzadəyə hədiyyə etdiyi Dior çantası (5000 dollardan başlayan qiymətə 325 min dollara satılıb), Diananın bal ayı zamanı geyindiyi şaftalı rəngli papaq (başlanğıc qiyməti 5000 dollara qarşı 26 min dollara satılıb), libaslar, ayaqqabılar və Diana tərəfindən imzalanmış açıqcalar da var.

Hərrac təşkilatçılarının fikrincə, satışa çıxarılan kolleksiya iddiaçılara “kral həyatının intim tərəfini görməsi, bu insanların kim olduğunu və nəyə dəyər verdiklərini anlaması” üçün nəzərdə tutulmuşdu: "Bu geyimlər və əşyalar tacın arxasındakı insan hekayələrini açır. Şahzadə Diananın üslubu təkcə gözəl olduğu üçün deyil, həm də empatik olduğu, "xalqın şahzadəsi" olmuş və qalan qadının əksi olduğu üçün aktual olaraq qalır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR