İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şakir Paşa"nın aktyoruna 90 aylıq həbs cəzası

Əkrəm İmamoğlunun həbsindən sonra keçirilən etiraz aksiyaları zamanı boykot çağırışına qatılan aktyor Cem Yiğit Üzümoğlu da daxil olmaqla, 21 şəxslə bağlı istintaq yekunlaşıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxslərə 7 il 6 aya qədər həbs cəzası istənilib.

Onlar arasında “Şakir Paşa” serialının aktyoru Cem Yiğit Üzümoğlu da var.

İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə 21 nəfərin adı “şübhəli” kimi qeyd edilib.

Hazırlanan iddianamədə İstanbul Böyükşəhər Bələdiyyəsi və bəzi rayon bələdiyyələrinə qarşı aparılan araşdırmalarla bağlı sosial mediada boykot çağırışlarının edildiyi və ölkə daxilində bütün ticarət fəaliyyətlərinin dayandırılmasına dair paylaşımların edildiyi müəyyən olunduqdan sonra istintaqa başlanıldığı açıqlanıb.

Qeyd edək ki, aktyor çağırışından sonra saxlanılsa da, xüsusi nəzarət şərti ilə azadlığa buraxılmışdı.

O, daha sonra boykotlar haqqında susmayacağını bildirmişdi:

“Qorxmuram, tarixin bizi belə qorxaq biri kimi yazmasını istəmirəm. Sözünü deməyən aktyorların tamaşalarını bağlamaq daha düzgün olardı. Yenidən həbsə girsəm də, girməsəm də danışmağa davam edəcəyəm. Yoxsa mən, mən ola bilmərəm”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR