 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı həyata keçirilib.
Musavat.com Report-a istinadla xəbər verir ki, bu vəzifəyə Samirə Kazımova təyin edilib.
S.Kazımova buna qədər Şəmkir Rayon Mərkəzi Xəstənasının tabeliyində fəaliyyət göstərən Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub.
Qeyd edək ki, Şəmkir Regional Xəstəxanasında Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları da daxil olmaqla, ümumilikdə 2 şəhər və 9 rayon üzrə vətəndaşlara tibbi xidmətlər göstərilir.
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ