İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Karapetyanı Corc Kluninin xanımı müdafiə edəcək

Məşhur avstraliyalı-britaniyalı hüquqşünas, King’s Counsel (KC) tituluna sahib və beynəlxalq hüquq üzrə tanınmış ekspert Ceffri Robertson kremlpərəst erməni iş adamı Samvel Karapetyana qarşı tədbirlərdən dərin narahatlığını ifadə edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Karapetyanın hüquqi müdafiə komandası bu mövzu ilə bağlı ictimai bəyanat yayıb.

Hazırda Ceffri Robertson Karapetyanın hüquqlarını beynəlxalq səviyyədə təmsil edən hüquqşünaslar komandasına qoşulmaq imkanlarını nəzərdən keçirir. Eyni zamanda, o, Karapetyanın iddialarını beynəlxalq təşkilatlarda müdafiə etmək niyyətindədir.

Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) təmsilçilik prosesi çərçivəsində xanım Amal Kluninin də bu işdə rəsmi şəkildə iştirak etməsi məsələsi sonrakı mərhələlərdə gündəmə gələ bilər.

Qeyd edək ki, Ceffri Robertson “Doughty Street Chambers” hüquq şirkətinin təsisçi-direktorudur. O, daha əvvəl Ermənistanın maraqlarını müdafiə edib.

Amal Kluni isə məşhur Hollivud ulduzu Corc Kluninin həyat yoldaşıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR