Onlayn ictimai-siyasi qəzet
Venesuelanın dövlət neft şirkəti PDVSA 2024-cü ildə xarici satışlardan 17,52 milyard dollar gəlir əldə edib.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentlik yazır ki, ölkə gündəlik orta hesabla 952 min barel neft istehsal edib ki, bu, OPEC-in 2023-cü il üçün bildirdiyi 783 min bareldən xeyli çoxdur.
PDVSA-nın xam neft və yanacaq ixracı isə orta hesabla 805,5 min barel/gün təşkil edib.
Bu göstəricilər ABŞ sanksiyalarına baxmayaraq, Venesuela neft sektorunun canlandığını göstərir.
Musavat.com
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ