İnsanlara hürriyət, millətlərə istiqlal!

Şaraa keçid dövründə Suriya Prezidenti kimi tanındı

29 yanvar 2025 tarixindən etibarən Əhməd Hüseyn əş-Şaraa ( Əbu Məhəmməd əl-Colani) Suriya keçid dövrünün prezidenti kimi tanınır.

O, 2017–2025-ci illər arasında “Həyat Təhrir əş-Şam” (HTŞ) təşkilatının lideri olaraq Suriya müxalifətinə rəhbərlik edib.

Musavat.com xəbər verir ki, ABŞ illərlə HTŞ-ni terror təşkilatı kimi tanısa da, sabahdan etibarən bu təşkilatı rəsmi şəkildə terror siyahısından çıxaracaq. Bu barədə məlumatı İranın “Tasnimnews.com” saytı, ABŞ dövlət katibi Marko Rubioya istinadla yayıb.

İran isə əl-Colanini regionun ən böyük terrorçusu adlandırır və devrilmiş Bəşər Əsədi Suriya dövlətinin qanuni rəhbəri kimi tanımaqda davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR