İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir Elin Süleymanov Ruben Vardanyanla bağlı iddiaları darmadağın etdi

Musavat.com xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Ruben Vardanyanın məhkəmə prosesi ilə bağlı “kənguru məhkəmə” (ədalətsiz və formal hüquqi proses) iddialarını qətiyyətlə rədd edib.

Səfir "GB News" telekanalına verdiyi eksklüziv müsahibədə bildirib ki, bu iddialar “təxminən iki ay əvvəl” həm Beynəlxalq Ədalət Məhkəməsi, həm də BMT-nin İrimiqyaslı Həbs Qrupları üzrə Ali İnsan Hüquqları Şurası tərəfindən tamamilə rədd edilib.

“Həmin qurumlar bu ittihamların heç bir hüquqi əsasının olmadığını açıq şəkildə bəyan etdilər və bildirdilər ki, məhkəmə prosesi beynəlxalq hüquqa uyğun şəkildə aparılır”, – deyə səfir Süleymanov bildirib.

Qeyd edək ki, hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan 56 yaşlı Ruben Vardanyan Rusiya-Ermənistan vətəndaşıdır və terrorçuluq, muzdlu döyüşçülük, hərbi cinayətlər də daxil olmaqla 42 maddə üzrə ittiham olunur.

https://www.gbnews.com/news/world/azerbaijan-ambassador-hits-back-claims-kangaroo-court

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR