İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid atası vəfat etdi - FOTO

Şəhid kapitan Saleh Qurbanovun atası vəfat edib.

Musavat.com xəbər verir ki, Xızı rayonu, Giləzi qəsəbə sakini Möhübbət Qurbanov 64 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Saleh Qurbanov 1990-cı il aprelin 14-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. O, 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və “Vətən uğrunda” medalı ilə tətif edilib.

Xatırladaq ki, şəhidin həyat yoldaşı Ləman Qurbanova ailə münaqişəsi zəminində qaynı Taleh Qurbanov tərəfindən boğularaq öldürülüb. T. Qurbanov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onların bir övladı yadigar qalıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR