Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi iyulun 10-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanalları rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti dəfə Ağdama yollanıb.
Musavat.com bildirir ki, bu dəfəki səfərin özəlliyi ondan ibarət olub ki, iştirakçılar Bakıdan Ağdama ilk dəfə olaraq sürət qatarı ilə yola düşüblər.
İşğaldan azad olunmuş ərazilərə növbəti səfər çərçivəsində partiya rəhbərləri həm Ağdamda aparılan yenidənqurma işləri ilə tanış olublar, həm də siyasi dialoq mühitinin davamı olaraq bir araya gəliblər. Səfər zamanı İmarət Kompleksi, Ağdam Konqres Mərkəzi, Muğam Mərkəzi, Sənaye Parkı və digər mühüm məkanlara baxış keçirilib.
Siyasi partiyaların ikinci Ağdam səfərindən hazırladığımız geniş videoreportajı təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ