İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlahəddin Dəmirtaş azadlığa çıxır

Ədirnə həbsxanasında saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşın vəkili Mahsuni Karaman bildirib ki, 8 oktyabr Dəmirtaşın məhkəmə prosesi baxımından həlledici olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “odatv” saytı məlumat yayıb.

Karaman xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2018-ci il 20 noyabr, 2020-ci il 22 dekabr və 2025-ci il 8 iyul tarixli qərarlarına baxmayaraq, Dəmirtaş hələ də həbsdə saxlanılır. Vəkil qeyd edib ki, Ankara Ağır Cinayətlər Məhkəməsi son müraciəti “qərarın hələ qüvvəyə minmədiyi” əsaslandırması ilə rədd edib.

Onun sözlərinə görə, AİHM qərarlarına qarşı tərəflərin 3 ay ərzində etiraz hüququ var. Bu etirazlar “Panel” adlanan 5 nəfərlik heyət tərəfindən araşdırılır. Əgər panel etirazı qəbul edərsə, iş Böyük Palataya (Böyük Dairəyə) göndərilir, əks halda isə qərar qüvvəyə minmiş sayılır.

Vəkilin sözlərinə görə, hökumət AİHM qərarına etiraz etməzsə, 8 oktyabr 2025-ci ildə qərar qüvvəyə minəcək və bu da Dəmirtaşın azadlığa çıxması üçün məcburi hüquqi əsas olacaq.

Məlumata görə, hökumət qərara etiraz etməyəcək və oktyabrın 8-də Səlahəddin Dəmirtaşın azadlığa buraxılması gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR