İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmada naməlum uçan obyektlər - ANBAAN VİDEO

Ötən gün axşam saatlarında Astana səmasında uçan parlaq və sirli obyektlər müşahidə edilib.

 Bu barədə "Kaztag.kz" agentliyi məlumat yayıb.

Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi hadisəni şərh edərək bildirib ki, buna səbəb əvvəllər buraxılmış kosmik obyektlərdən birinin atmosferə daxil olması ola bilər.

Departamentin məlumatına görə, bu, Çinin ZQ-2E raketinin gücləndirici bloku, SpaceX-dən STARLINK-1631 peyki və ya Yaponiyanın H-2A R/B raketinin hissəsi ola bilər.

Rəsmilər dəqiqləşdirib ki, Qazaxıstan ərazisində dağıntı və tələfat qeydə alınmayıb. Agentlik bildirir ki, adətən belə obyektlər atmosferə daxil olduqdan sonra yanır və əhali üçün təhlükə yaratmır./ BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR