İnsanlara hürriyət, millətlərə istiqlal!

Serenay ilə Mert ayrılmadığını açıqladı

Türkiyəli aktrisa Serenay Sarıkaya ilə müğənni Mert Demir ayrılıq xəbərlərinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, cütlük münasibətlərinin davam etdiyini göstərərək iddiaları təkzib edib.

Mert Serenayın ad günündə birgə görüntülərini paylaşaraq təbrik yazıb:

“Ad günün mübarək, fıstığım… Bütün bu mənasızlığın içində xəstəsi olduğum tək şey - bizik”.

Qeyd edək ki, cütlüyün adı menecer Ayşe Barım qalmaqalında hallansa da, onların pul qarşılığında görüşməsi ilə bağlı yayılan xəbərlər münasibətlərinə son qoysa da, Serenay ilə Mert bir müddət sonra təkrar bir araya gəlmişdi.

Fuat Uğur “TV100”də yazdığı məqalədə kino şirkətlərinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Demir arasındakı münasibətin saxta olduğunu irəli sürüb. İddiaya görə, Serenay reklam müqabilində Mertlə sevgili olmaq üçün 5 milyon dollar alıb.

Bundan sonra xüsusilə də menecer Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhuru təmsil edən “ID İletişim” şirkəti haqqında araşdırma başladılmış, Barım həbs olunmuşdu.

Aktrisa verdiyi ifadədə deyilənlərin heç birinin doğru olmadığını dilə gətirmişdi.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR