İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya bu ərazini raket yağışına TUTDU

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində bir neçə qanadlı raket buraxıb.

Musavat.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, buraxılış yerli vaxtla saat 09:00-da Hamgyon-Namdo vilayətindən həyata keçirilib.

Ehtimal olunur ki, raketlər dənizə düşüb. Cənubi Koreya hərbçiləri bildiriblər ki, buraxılışa hazırlığı müşahidə edib və buna qarşı tədbir görməyə hazır olublar.

Hazırda onlar ABŞ-la məlumat mübadiləsi aparırlar.

Qeyd edək ki, KXDR sonuncu dəfə mayın 8-də qısa mənzilli ballistik raket buraxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR