Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, "The Financial Times" nəşri Şimali Koreyanın Rusiya ərazisində sürətlə iqtisadi mövcudluğunu artırdığını yazıb. Məlumata görə, KXDR Rusiyada pivə, sosiska, mürəbbə və hətta akordeon markalarını qeydiyyatdan keçirir. Bundan əlavə, şimalkoreyalı balıqçı gəmiləri Rusiyanın dəniz sularında daha aktiv fəaliyyət göstərməyə başlayıb.
Bu yaxınlaşmaya cavab olaraq, Rusiya hökuməti Tuman çayı üzərində 100 milyon dollar dəyərində körpü tikməyə başlayıb. Eyni zamanda, Moskva ilə Pxenyan arasında dəmir yolu əlaqəsinin bərpası da planlaşdırılır.
Bundan başqa, Rusiya və Şimali Koreya universitetlərinin rəhbərləri arasında görüşlər, şimalkoreyalı idmançıların Rusiyada çıxışları, eləcə də Rusiya teatr kollektivlərinin KXDR-də qastrolları təşkil olunur.
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ