Onlayn ictimai-siyasi qəzet
Koreya Respublikasının yeni prezidenti Li Çje Myonun barışdırıcı addımlarına baxmayaraq, KXDR onunla danışıqlar aparmaq niyyətində deyil.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu mövqe KXDR rəhbəri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conun mətbuata verdiyi açıqlamada yer alıb.
Onun rəyin Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.
Kim Yo Con bildirib ki, yeni prezidentin dövründə Seul “səsgücləndiricilər vasitəsilə KXDR əleyhinə təbliğat yayımını, vərəqələrin yayılmasını dayandırıb və Koreya Respublikasından olan fərdi turistlərin KXDR-ə daxil olmasına icazə verib”. Cənubi Koreya nümayəndələri də “sərtliyə sərtliklə cavab vermək” dövrünü bitirmək və “yaxşılığa yaxşılıqla cavab vermək” dövrünü, barışıq və yardım dövrünü başlamağın zəruriliyindən danışmağa başlayıblar.
Bununla belə, bəyanata görə, KXDR belə qənaətə gəlib ki, bütün bunlar KXDR-i “özünə birləşdirməyə meyilli olan” Cənubi Koreyanın rəhbərinin mahiyyətini dəyişmir: “Əslində, onun ABŞ-la müttəfiqliyə kor-koranə inamı və qarşıdurma siyasəti sələfinin siyasətindən heç də fərqlənmir”: “KXDR Seulun siyasi tədbirləri və təklifləri ilə maraqlanmır, bizim danışıqlar masası arxasında müzakirə edəcəyimiz heç nə yoxdur. KXDR ilə Koreya Respublikası arasında münasibətlər soydaşlar arasında münasibətlər konsepsiyasından tamamilə kənara çıxıb".
Bəyanatda bunun “KXDR-in rəsmi mövqeyi” olduğu vurğulanıb.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ