İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan Fransada bloklandı – “Axı mən Makronun arvadının kişi oldiğunu deməmişəm!”

Rusiyanın təbliğat simalarından biri olan və RT telekanalının baş redaktoru Marqarita Simonyanın Twitter (X) hesabı Fransada rəsmi qərarla bloklanıb.

Musavat.com xəbər verir ki, hesabın kilidlənməsi barədə platformada yayımlanan rəsmi bildirişdə qeyd olunur ki, bu, hüquqi tələb əsasında baş verib.

Amma işin “əyləncəli” tərəfi Simonyanın öz reaksiyasıdır.

O, ironik şəkildə bildirib:

“Hesabım Fransada bloklanıb. Bilmirəm, Makrona nə pislik etmişəm. Axı mən deməmişəm ki, onun arvadı kişidir…”

Bu açıqlama sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. Bəziləri Simonyanın bu sözlərini özünün təbliğ etdiyi konspiroloji ritorikaya sarkazmla cavab kimi, digərləri isə Fransadakı ciddi senzura qərarlarının simvolu kimi qiymətləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR