İnsanlara hürriyət, millətlərə istiqlal!

Şişirdilmiş iddia: Tramp müharibələrə son qoyduğunu deyir, amma faktlar başqa şey göstərir

ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında səsləndirdiyi bəzi bəyanatların şişirdilib və qeyri-dəqiqdir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "DW Fact Check" tərəfindən yayılan məlumatda bildirilir.

Tramp çıxışında Asiya, Afrika və Yaxın Şərqdə yeddi münaqişəyə son qoyduğunu iddia edib: “Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Azərbaycan və Ermənistan”.

“Lakin fakt yoxlaması göstərir ki:

Misir və Efiopiya Trampın prezidentliyi dövründə müharibə vəziyyətində olmayıb.

Serbiya və Kosovo arasında 2020-ci ildə imzalanan razılaşma iqtisadi əməkdaşlıqla bağlı olub, sülh müqaviləsindən isə söhbət gedə bilməz.

Konqoda zorakılıqlar hələ də davam edir, baxmayaraq ki, 2024-cü ildə administrasiya vasitəçiliklə razılıq əldə etdiyini açıqlayıb

İsrail və İran arasında gərginlik həll olunmayıb və hər an yenidən kəskinləşə bilər.

Ekspertlərin fikrincə, Trampın yeddi müharibəyə son qoyduğunu bəyan etməsi əslində onun nailiyyətlərini olduğundan qat-qat şişirdir”,-deyə xəbərdə qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR