Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, həmçinin internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iyulun 10-da növbəti dəfə Ağdama səfər ediblər.
Musavat.com bildirir ki, səfər iştirakçıları Bakıdan Ağdama sürət qatarı ilə yola düşüblər. Səfər zamanı nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.
Səfər çərçivəsində iştirakçıların Ağdamda aparılan bərpa-quruculuq işləri ilə tanış olmaları nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya nümayəndələrinin ilk Ağdam səfəri 2021-ci il martın 17-də baş tutub.
Ümumilikdə bu, sayca səkkizinci belə səfərdir. Siyasi partiya rəhbərlərinin birgə səfərləri bundan əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan (2 dəfə), Əsgəran, Xocalı, Xankəndi, Laçın və Cəbrayıla təşkil olunub.
Xalidə Gəray
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ