İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya baş naziri rus oliqarxlarının vəkilliyini edir?

Slovakiya və Macarıstan Kremlin üzərinə qoyulmuş fərdi məhdudiyyətlərin uzadılması ilə bağlı razılığa gəlmək üçün Avropa İttifaqının sanksiya siyahısından 6 rusiyalı iş adamının çıxarılmasında israr edirlər.

Musavat.com xəbər verir ki, bu sanksiyalar Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından sonra tətbiq olunub, artıq üç ildən çoxdur qüvvədədir və 2,6 mindən çox şəxs və şirkəti əhatə edir.

Onların müddətinin uzadılması hər 6 aydan bir bütün üzv ölkələrin yekdil razılığı ilə mümkündür.

“Radio Free Europe”un mənbələrinin məlumatına görə, Slovakiya milyarderlər Mixail Fridman və Alişer Usmanov barəsindəki məhdudiyyətlərin aradan qaldırılmasına çalışır. Eyni zamanda, Macarıstan Dmitri Mazepin, Pyer Aven, Musa Bajayev və Albert Avdolyana qarşı sanksiyaların ləğvini lobbiləşdirir.

Bundan əvvəl də Bratislava və Budapeştin təkidi ilə “Yandex”in qurucusu Arkadiy Voloj və Yevgeni Priqoşinin anası Violetta sanksiya siyahısından çıxarılmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR