Onlayn ictimai-siyasi qəzet
“Italiana Petroli” İtaliyanın ən böyük yanacaqdoldurma məntəqələrindən birinə nəzarəti təmin edəcək sövdələşmə çərçivəsində neft emalı zavodunu SOCAR-a satmağa yaxındır.
Bu barədə “Reuters” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, son anda dəyişikliklər baş verməsə, müqavilənin bazar ertəsi imzalanması gözlənilir.
Mənbələr sövdələşmənin maliyyə şərtlərinin təfərrüatlarını açıqlamayıblar.
Bildirilir ki, italiyalı Bracchetti-Peretti ailəsi şirkəti təxminən 2,5 mlrd. avro dəyərində qiymətləndirməyə ümid edir. Şirkətin hesablarında 500 mln. avroya yaxın nağd vəsait mövcuddur. (APA)
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ