İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bloger Hüseyn Həsənov barəsində cinayət işi açıldı

Tanınmış bloger və milyonlarla izləyicisi olan Hüseyn Həsənov barəsində cinayət işi açılıb.

Musavat.com xəbər verir ki, o, külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması (yuyulması) maddəsi ilə təqsirləndirilir.

Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü bəndinə əsasən, blogeri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İş 23 aprel 2025-ci ildə Çertanovski Məhkəməsinə təqdim olunub və artıq məhkəmə blogerin barəsində qiyabi həbs qərarı çıxarıb. Hazırda Həsənov beynəlxalq axtarışa verilib.

Məlumata görə, Həsənov 2024-cü ildən Rusiyada yaşamır. Bəzi mənbələrin iddiasına görə, o, Azərbaycana köçüb. 2024-cü ilin iyununda Moskvanın Vergilər Xidməti Həsənova qarşı 145 min rubl borca görə məhkəməyə müraciət etmişdi. Daha sonra onun restoran və qida çatdırılması ilə məşğul olan şirkətlərinin hesabları dondurulmuşdu.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR