Onlayn ictimai-siyasi qəzet
Silivri Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu səhhətində yaranan problemlə əlaqədar olaraq xəstəxanaya aparılıb.
Musavat.com xəbər verir ki, İmamoğlu belindəki ağrılar səbəbilə müayinə olunub və daha sonra yenidən həbsxanaya qaytarılıb.
Qeyd edək ki, Əkrəm İmamoğlu artıq 4 aydır Silivri Həbsxanasında saxlanılır. Onun səhhətindəki problem səbəbilə xəstəxanaya köçürülməsi və müayinə edilməsi sosial mediada da geniş əks-səda doğurub.
CHP İstanbul İl sədri Özgür Çelik bu məsələ ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edərək, İmamoğlunun səhhəti ilə bağlı son durumu açıqlayıb:
“125 gündür Silivridə haqsız yerə həbsdə saxlanılan sədrimiz Əkrəm bəy səhhətində yaranan bəzi problemlər səbəbilə xəstəxanada müayinədən keçib. Sağlamdır, narahat olmayın. Hamınıza salamlarını çatdırır. Bu haqsız dövrü səbrimizlə və mübarizəmizlə aşacağıq!”
Hazırda İmamoğlunun səhhətinin stabil olduğu bildirilir.
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ