Afinanın kurort şəhəri Vulyaqmenidə göyərtəsində beş nəfər olan helikopter dənizə düşüb.
Musavat.com xəbər verir ki, bu barədə Yunanıstanın “Skai” telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, helikopter sahilə yaxın Vulyaqmeni körfəzində qəzaya uğrayıb.
Dərhal qayıqlardan istifadə etməklə xilasetmə əməliyyatına başlanılıb. Təcili tibbi yardım xidmətindən verilən məlumata görə, 4 nəfər yüngül bədən xəsarətləri alıb.
Mikonos adasına doğru uçan helikopter Vulyaqmeni körfəzində dayanmış yaxtadan qalxarkən qəzaya uğrayıb.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ