Onlayn ictimai-siyasi qəzet
İsrail HHQ hazırda Tehranın mərkəzində yerlərşən dövlət müəssələrinə güclü zərbələr endirir.
Musavat.com xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
İsrailin müdafiə naziri İsrael Katsın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri (IDF) İran hakimiyyəti ilə əlaqəli hədəflərə, o cümlədən Tehranın mərkəzində yerləşən dövlət obyektlərinə misli görünməmiş intensiv hava zərbələri endirib.
Nazir qeyd edib ki, yaxın saatlarda hücumların nəticələrini əks etdirən fotoşəkillər dərc olunacaq. Onun sözlərinə görə, İran tərəfindən İsrailin arxa cəbhəsinə atılan hər bir raketə sərt cavab veriləcək.
"Biz arxa cəbhəmizi qorumaq və düşmənə qarşı üstünlük əldə etmək məqsədilə əməliyyatları maksimum intensivliklə davam etdirəcəyik", – deyə İsrailin müdafiə naziri vurğulayıb.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ