Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb.
Açıqlamada bildirilir ki, tərəflər Ukrayna münaqişəsi ətrafında yaranmış vəziyyəti və böhranın siyasi yolla həlli imkanlarını müzakirə ediblər. Görüşdə həmçinin münaqişənin diplomatik yolla tənzimlənməsi istiqamətində təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Sergey Lavrov daha əvvəl verdiyi açıqlamada Rusiya ilə Ukrayna arasında növbəti birbaşa danışıqlar raundunun 2 iyun tarixində Türkiyədə – İstanbulda keçirilməsinin planlaşdırıldığını bildirmişdi.
Qeyd edək ki, Türkiyə bundan öncə də Rusiya-Ukrayna arasında vasitəçi kimi çıxış edib və münaqişənin siyasi yollarla həlli üçün platforma təklif edən əsas ölkələrdən biri olub. Yeni danışıqların İstanbulda baş tutması bu rolu bir daha təsdiqləyir.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ