İnsanlara hürriyət, millətlərə istiqlal!

SON XƏBƏR! SEPAH-ın üç komandanı ARADAN GÖTÜRÜLDÜ, Xürrəmabada HÜCUM oldu

İsrail ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandirlərindən biri öldürülüb. Qüds qüvvələrinin silah tədarükü bölməsinin komandiri Behnam Şəhriyari İsrailin hava zərbələri nəticəsində öldürülüb. Qeyd olunub ki, sözügedən şəxs İranın Hizbullah və HAMAS-a silah ötürmə prosesini icra edib

Oktyabrın 7-də törədilən qırğına hazırlıq zamanı HƏMAS-ı maliyyələşdirən və silahlandıran SEPAH-ın Qüds Qüvvələrinin Fələstin korpusunun komandiri Məhəmməd Səid İzadi də Qum şəhərindəki mənzilində qətlə yetirilib.

Həmçinin İranın PUA komandanı Əminpur Cudəki öldürülüb. İsrail Ordusu məlumat verib. Onun hava zərbələri nəticəsində öldürüldüyü qeyd edilib. Qeyd edək ki, Əminpur Cudəki iyunun 13-fə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava Qüvvələrinin PUA qərargahının komandanı Taher Pourun öldürülməsindən sonra bu vəzifəni icra edirdi.

Bundan əlavə, İsrail ordusunun səhər saatlarında hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 5 üzvü öldürülüb. SEPAH məlumat yayıb.

Bildirilib ki, bu səhər İsrailin hücumları nəticəsində Lorestan vilayətinin Xürrəmabad şəhərində 5 SEPAH üzvü öldürülüb.

Qeyd edək ki, İsrailin İrana hücumlarında 430 mülki şəxs ölüb, 3500-dən çox insan isə yaralanıb. İran Səhiyyə Nazirliyi məlumat yayıb. “İsrailin İrana qarşı başladığı hücumlar nəticəsində indiyədək 430 mülki şəxs həlak olub, 3500-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb”, - məlumatda qeyd edilib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Oqtay Qasımovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR