Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən avtomobil körpüsündə genişləndirmə işləri aparılır.
Musavat.com xəbər verir ki, işlər Sumqayıtdan Bakı istiqamətində yolun sağ tərəfində aparılır.
Xatırladaq ki, Bakı ilə Sumqayıtı birləşdirən Saray körpüsünün əsaslı təmirdən sonra açılışı bu il martın 18-də baş tutub. Uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir, ümumi eni 21,6 metrdir və iki gediş, iki dönüş olmaqla dörd hərəkət zolağından ibarətdir.
Şahanə Rəhimli
Musavat.com
07 Iyul 2025
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ