Onlayn ictimai-siyasi qəzet
Çinin hərbi sənayesi dünya tank bazarında yeni niyyətlərini ortaya qoyub. Yayılan məlumata görə, Çin T-72 tankının şassisi üzərində özünün müasir VT-4 tankının (MBT-3000) qülləsini quraşdıraraq yeni prototip hazırlayıb. Tank ilk dəfə təlim bazasında nümayiş etdirilib.
Musavat.com xəbər verir ki, ekspertlərin fikrincə, bu kombinasiya tam döyüş qabiliyyətli maşın deyil, daha çox təlim və ya sərgilərdə göstərmək üçün yaradılmış prototipdir. Bununla belə, Çin açıq şəkildə məhdud hərbi büdcəsi olan ölkələr üçün T-90 kimi Rusiya tanklarına daha ucuz alternativ təklif etməyə çalışır. T-72 tipli şassi bazasından istifadə edilməsi istehsal xərclərini aşağı salır, VT-4 qülləsi isə texniki görünüş və bəzi imkanları baxımından müasir səviyyəni qoruyur.
Beləliklə, Çin təkcə yüksək səviyyəli bazarı deyil, həm də daha ucuz seqmenti hədəf alaraq, Afrika və Asiya bazarlarında Rusiyaya ciddi rəqib olmağa hazırlaşır.
Musavat.com
07 Iyul 2025
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ