Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, prezident Vladimir Putinin 29 oktyabrda elan etdiyi “Poseydon” adlı nüvə torpedasının sınaqları ilə bağlı bəyanat yayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Medvedev X (keçmiş Twitter) platformasında yazıb.
“Rusiyanın bütün dostlarını ‘Poseydon’un sınaqları münasibətilə təbrik edirəm. ‘Burevestnik’dən fərqli olaraq, bu silahı həqiqi Qiyamət Günü silahı hesab etmək olar.”
O, paylaşımına şimşək və kəllə emojiləri əlavə edib.
Medvedev xüsusilə Belçikanın müdafiə naziri Theo Frankenin sözlərinə cavab verib. Franken daha əvvəl bildirmişdi ki, əgər Putin yeni silahını Avropaya qarşı istifadə etməyə cəhd etsə, NATO Moskvanı xəritədən siləcək.
Medvedev isə bir istifadəçinin şərhinə cavab olaraq yazıb ki,
“Əgər Rusiya ‘Poseydon’u Belçika sahillərində sınaqdan keçirsə, Belçikanın özü yox olacaq.”
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ