 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Moldova Prezidenti Maya Sandu yerli mətbuata açıqlamasında həyəcan təbili çalıb. O, Rusiyanın regionda yerləşən dövlətlərin hansında seçkilər olarsa, bundan sonra həmin ölkəyə müdaxilə edəcəyini bildirib. Bu barədə ilk olaraq, “AzPolitika” məlumat yayıb.
Xanım prezident növbədə Ermənistanın olduğunu qeyd edib. O, baş nazir Nikol Paşinyanı həyəcanlandıran fikirlər səsləndirərək, Kremlin Ermənistanda hakimiyyət dəyişikliyi edə biləcəyinin anonsunu verib.
Ekspertlər Moldova rəhbərinin açıqlamalarını digər dövlətlər üçün də xəbərdarlıq siqnalı kimi qəbul edirlər.
Politoloq Çingiz Şahbazi Musavat.com-da bildirib ki, Moldova Prezidenti Maya Sandunun yerli mətbuata verdiyi açıqlama, xüsusilə, Rusiyanın Nikol Paşinyanı 2026-cı ildə keçiriləcək seçkilərdə devirmək və Ermənistanda hakimiyyətə öz adamının gətirilməsi ilə hakimiyyəti ələ keçirməyə çalışması barədə verdiyi məlumatlar bütün dövlətləri narahat etməlidir: “Sandunun Rusiyadan uzaqlaşmaq istəyən və üzünü Qərbə tutan Paşinyana qarşı seçkilərdə Rusiyanın təzyiq və təxribatları ilə üzləşəcəyini açıq şəkildə bəyan etməsi ciddi xəbərdarlıqdır. Bundan öncə də, Sandu ölkəsi ilə bağlı-Rusiyanın Moldovaya qarşı hibrid müharibə üsullarından istifadə edir- xəbərdarlıq etmişdi.
Əslində Ermənistan rəsmi dairələrin özündə də bu cür oxşar yanaşmalar müşahidə olunur. Ermənistan Parlamentinin spikeri Simonyan eynilə Moldova Prezidenti Maya Sandunun öz ölkəsində keçirilən seçkilərdə dediyi kimi, Rusiyanı Ermənistana qarşı hibrid müharibədə günahlandırıb və əlavə edib ki, 2026-cı il parlament seçkilərinə doğru Rusiyanın Ermənistanda daha da aktivləşəcəyi şübhəsizdir. Bu baxımdan zamana ehtiyac var desək daha doğru olar və 2026-cı ilə qədər sürətlə dəyişən dünya siyasətində nələrin baş verəcəyi və Rusiya daxil, hansı hadisələrin təsiri altında durumun nə yerə gələcəyi bütün bu ehtimallara öz təsirini göstərəcəkdir”.
Cavanşir ABBASLI
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ