İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən sahillərində Britaniya ticarət gəmisi batırıldı

Yəmənin Hudeyda limanından 51 dəniz mili cənub-şərqində Böyük Britaniyaya məxsus ticarət gəmisi ilə insident qeydə alınıb.

Musavat.com xəbər verir ki, məlumatı Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) açıqlayıb.

Bildirilir ki, ticarət gəmisi çoxsaylı kiçik gəmilər tərəfindən hücuma məruz qalıb, kiçik silahlardan və reaktiv qumbaraatanlardan atəşə tutulub. UKMTO-nun məlumatına görə, gəminin dənizçiləri də cavab atəşi açıblar.

UKMTO daha sonra gəmiçilik şirkətinin təhlükəsizlik əməkdaşına istinadən xəbər verir ki, “gəmi naməlum mərmilərlə vurulub və nəticədə göyərtəsində yanğın baş verib”. Hadisənin təfərrüatları araşdırılır.

Mərkəz yaxınlıqdakı gəmilərin ekipajlarına xəbərdarlıq edib ki, ehtiyatlı davransınlar və ərazidə hər hansı şübhəli fəaliyyət barədə məlumat versinlər.

2023-cü ilin payızında Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Yəmən husilərinin Ənsar Allah Hərəkatı İsraili vuracaqları və Fələstin anklavında əməliyyat dayandırılana qədər onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinin qarşısını alacağı barədə xəbərdarlıq edib. 

Associated Press-in Britaniya hərbçilərinə istinadən verdiyi məlumata görə, Magic Seas adlı gəmidə yanğını söndürmək mümkün olmayıb, gəmi batmağa başladığına görə ekipaj üzvləri təxliyə edilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR