Onlayn ictimai-siyasi qəzet
Suriyanın yeni hakimiyyəti ölkədə parlament seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb. Musavat.com xəbər verir ki, Suriya Seçki prosesinin rəhbəri Mohamed Taha dövlət xəbər agentliyi SANA-ya Suriyada yeni administrasiya altında ilk parlament seçkilərinin sentyabr ayında keçiriləcəyi gözlənilir.
Mohamed Taha əlavə edib ki, Xalq Assambleyasına səsvermənin sentyabrın 15-dən 20-dək keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrildikdən sonra Əhməd əl-Şaraa ölkənin müvəqqəti prezidenti təyin edilib.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ