Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, Kamboca və Tailand rəsmiləri atəşkəs rejimini müzakirə etmək üçün dərhal görüşməyə hazır olduqlarını bildiriblər.
Musavat.com xəbər verir ki, o, məlmatı Truth Social hesabında yayıb: “Onlar dərhal görüşməyə, atəşkəsə və nəticədə sülhə nail olmaq üçün tez işləməyə razılaşıblar”.
Tramp xəbərdarlıq edib ki, ABŞ iki tərəf döyüşü dayandırana qədər Tailand və ya Kamboca ilə ticarət danışıqları aparmayacaq.
Bundan əvvəl ABŞ lideri Kambocanın baş naziri Khun Manet və Tailandın baş naziri səlahiyyətlərini icra edən Phumtham Vechayachai ilə telefon danışığı apardığını bildirib.
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ