İnsanlara hürriyət, millətlərə istiqlal!

Tailandla sərhəddə toqquşmalar nəticəsində Kambocada 13 nəfər həlak olub

Tailandla sərhəddə baş verən döyüş toqquşmaları nəticəsində Kambocada 13 nəfər, o cümlədən Kral Silahlı Qüvvələrinin beş hərbçisi həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli “Khmer Times” qəzeti Milli Müdafiə Nazirliyinə istinadən yazır.

Bundan başqa, 70 nəfər yaralanıb, onlardan 21-i hərbçi, 50-si mülki şəxsdir.

Kamboca hakimiyyəti Preah-Vihea, Oddarmeantyey və Pousat əyalətlərində yüksək riskli zonalardan 35 829 mülki şəxsi təxliyə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR