Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda yeniyetmə çimərlikdə ölüb.
Məlumata görə, hadisə şəhər ərazisindəki çimərliklərdən birində baş verib.
14 yaşlı Abşeron rayon sakini Azər Tarverdi oğlu Məcidov halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.
Məlumata görə, mərhum yeniyetmə talassemiya xəstəsi olub. Onun çimərlikdə günvurmadan öldüyü qeyd olunur.
Araşdırma aparılır.//Lent.az
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ