İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış deputatı zorla, sürükləyərək tribunadan endirdilər - SKANDAL VİDEO

İsrail parlamentində qalmaqal: Ayman Odeh Qəzza əməliyyatını tənqid etdiyinə görə zorla çıxarıldı

Musavat.com xəbər verir ki, İsrailin ərəb əsilli deputatı Ayman Odeh Knessetdə çıxışı zamanı Qəzzada aparılan genişmiqyaslı hərbi əməliyyatları sərt şəkildə tənqid etdikdən sonra fiziki müdaxilə ilə iclas zalından çıxarılıb.

Ayman Odeh tribunada çıxış edərkən İsrail ordusunun Qəzzada mülki insanlara qarşı həyata keçirdiyi əməliyyatları “yalnız günahsızlara qarşı müharibə” adlandırıb. Odehin emosional çıxışı zamanı təhlükəsizlik əməkdaşları onun mikrofonunu əlindən almağa çalışıb və bir neçə dəqiqə sonra deputatı zorla zalı tərk etməyə məcbur ediblər.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və geniş rezonansa səbəb olub. Odehin çıxışı zamanı səsləndirdiyi sözlər – “ONLY A WAR AGAINST INNOCENT” (Yalnız günahsızlara qarşı müharibə) – beynəlxalq mediada geniş müzakirə olunur.

Ayman Odeh İsraildə ərəblərin hüquqlarını müdafiə edən “Birləşmiş Ərəb Siyahısı”nın rəhbərlərindən biridir və uzun illərdir ki, Fələstin məsələsində ədalət çağırışları ilə çıxış edir.

Xatırladaq ki, İsrail ordusunun Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində çoxsaylı mülki vətəndaş həyatını itirib və beynəlxalq ictimaiyyət arasında ciddi narahatlıqlar doğurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR