İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: Məclisə Rafet El Roman gəldi - VİDEO/FOTO

Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib.

Musavat.com Manset.az-a istinadla xəbər verir ki, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu İsmayıl Sadiqliyə "Buta Palace"da möhtəşəm toy keçirib.

S.İsmayıl Nigar adlı xanımla ailə həyatı qurub. Gəlin Rusiyada fəaliyyət göstərən tanınmış biznesmenlərdən birinin qızıdır. 

İş adamı Cəbrayıl Sadiqli toya məşhur türk müğənnisi Rafet El Romanı dəvət edib.

Mərasimdə Xalq artistləri Röya Ayxan, Aygün Kazımova və tanınmış muğam ifaçısı Mirələm Mirələmov, Nuri Sərinləndirici və başqa məşhurlar iştirak edib. Sənətçilərlə bərabər bir sıra siyasətçilər, məşhur biznesmenlər, ictimai xadimlər məclisdə qonaq olub.

Qeyd edək ki, Cəbrayıl Sadiqli Azərbaycanda "Dəniz" mebellər şəbəkəsinin və bir sıra biznes obyektlərinin sahibidir.

Toydan görüntüləri təqdim edirik:

 

 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR