İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan Çinlə müharibəyə hazırlaşır: Tarixinin ən böyük hərbi təlimləri start götürdü

Musavat.com xəbər verir ki, Tayvan ordusu Çinlə mümkün genişmiqyaslı müharibə ssenarisinə hazırlaşmaq üçün “Han Kuang” adlı irimiqyaslı hərbi təlimlərə başlayıb. Bu təlimlər Tayvan tarixində ən böyük hərbi manevrlərdən biri hesab olunur.

Hazırda Tayvan ordusunun mexanikləşdirilmiş piyada bölmələri şəhər mühitində müdafiə döyüşləri və Çinin mümkün desant endirməsi ssenarisi üzərində məşqlər aparır. Əsas diqqət paytaxt Taybeyin qorunmasına, strateji ərazilərin müdafiəsinə və düşmənin şəhər daxilində irəliləməsinin qarşısının alınmasına yönəlib.

Təlimlər bütün adanı əhatə edir və mümkün qədər real döyüş şəraitinə yaxın mühitdə keçirilir. Ssenarilərə hava hücumundan müdafiə, mülki-müdafiə tədbirləri və logistik dəstək əməliyyatları da daxildir. Tayvan hərbçiləri beləliklə, Çin Xalq Azadlıq Ordusunun potensial işğal planlarını modelləşdirərək, mümkün risklərə qarşı əvvəlcədən hazırlıqlı olmaq niyyətindədirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR