Onlayn ictimai-siyasi qəzet
Bu axşam Təl-Əvivdəki bir kafedə bıçaqlı hücum baş verib.
Musavat.com xəbər verir ki, əlində bıçaq olan cinayətkar kafedə oturan insanlara hücum edərək, azı 4 nəfəri ağır yaralayıb. Yaralanan şəxslər hazırda xəstəxanada müalicə alır, onların vəziyyətinin ağır olduğu bildirilir.
Hücum zamanı mülki bir qadın cinayətkarı tapança ilə vuraraq dayandırıb. Hadisə yerində polis əməkdaşları araşdırmalar aparır.
Yerli medianın məlumatına görə, şübhəlinin adı Qadi Abd al-Azizdir. O, Mərakeşdən olan və ABŞ-da daimi yaşayış icazəsi olan mühacirdir. Şübhəlinin bir neçə gün əvvəl İsrailə gəldiyi məlum olub.
Hücumun motivləri və digər təfərrüatlar hələlik açıqlanmayıb. Təhlükəsizlik qüvvələri məsələ ilə bağlı araşdırmaları davam etdirir.
Musavat.com
09 May 2025
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ