İnsanlara hürriyət, millətlərə istiqlal!

Təl-Əvivdə şok anlar: hava limanı yaxınlığına raket düşdü – İsrail HHQ-sində boşluq


İsrailin beynəlxalq Ben-Qurion hava limanı yaxınlığında raket partlayışı qeydə alınıb.

Musavat.com xəbər verir ki, raketin Yəmən ərazisindən buraxıldığı ehtimal olunur.

İsrail ordusunun mətbuat xidmətinin verdiyi ilkin məlumata görə, raketi hava hücumundan müdafiə sistemləri aşkar etsə də, zərbəni dəf edə bilməyib. Nəticədə bir neçə nəfər yüngül xəsarət alıb, hava limanında isə uçuşlar müvəqqəti dayandırılıb.

Hadisə İsrailin hava hücumundan müdafiə sistemlərinin effektivliyinə dair ciddi suallar doğurub və ölkə ictimaiyyətində geniş narahatlığa səbəb olub. Müdafiə qüvvələri hadisəni araşdırmağa davam edir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR