Onlayn ictimai-siyasi qəzet
Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzinə baş çəkib və bütün ermənilərin katolikosu II Qareginlə şəxsi söhbət edib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
“Söhbət zamanı eks-prezident ali patriarxı tam dəstəklədiyini bildirib, eyni zamanda Ermənistan hakimiyyətinin 1700 illik tarixi olan erməni apostol kilsəsinə konstitusiyaya zidd təcavüzlərini kəskin şəkildə pisləyib”, - məlumatda deyilir.
Bununla da Ter-Petrosyan Qareginlə bağlı sensasion açıqlamalar verən Nikol Paşinyana qarşı çıxdığını nümayiş etdirib.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ