Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Texas ştatında baş verən güclü daşqınlar fəlakətə səbəb olub.
Musavat.com xəbər verir ki, təbii hadisə nəticəsində azı 50 nəfər həyatını itirib, onların 15-dən çoxu uşaqdır.
Rəsmilərin məlumatına görə, itkin düşənlər sırasında ən azı 23 nəfər var. Onların hamısı bölgədə yerləşən yay kilsə düşərgəsinin iştirakçılarıdır. Şerifin sözlərinə görə, ölənlərin sayının artacağı istisna edilmir.
Selin səbəbi olaraq aramsız yağan leysan göstərilir. Qısa müddət ərzində Guadalupe çayının səviyyəsi 8 metrə yaxın qalxıb. Hadisə yerində xilasedicilər, milli qvardiya və tibb briqadaları axtarış və xilasetmə işlərini davam etdirir. Hadisə ölkədə böyük rezonans doğurub.
Musavat.com
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ