İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə evə çırpıldı: Həlak olanlar var

Almaniyanın qərbində kiçik təyyarə yaşayış binasının terrasına çırpılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yerli polis hadisə nəticəsində iki nəfərin həlak olduğuna dair məlumat yayıb.

Qəza Mönhenqladbax şəhəri və Hollandiya ilə sərhəd yaxınlığındakı Korşenbroiçdə baş verib.

Təyyarə binanın terrasına çırpıldıqdan sonra yanğın başlayıb. Almaniyanın dpa xəbər agentliyinə görə, polis iki nəfərin öldüyünü və onlardan birinin təyyarənin pilotu olduğunu bildirib.

Digər şəxsin təyyarədə və ya yerdə olması hələlik məlum deyil. Rəsmilər qəzanın səbəbləri ilə bağlı hələlik məlumat verməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR