İnsanlara hürriyət, millətlərə istiqlal!

"The Washington Post": Ukrayna aviabazaları vuraraq hərbi dövrü dəyişir

Ukraynanın Rusiya hərbi hava bazalarına dronlarla endirdiyi zərbə beynəlxalq mediada geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, "The Washington Post" bu hücumu 1941-ci ildə Yaponiyanın ABŞ-a qarşı həyata keçirdiyi Perl-Harbor hücumu ilə müqayisə edib.

Bazar günü Ukrayna ordusu eyni vaxtda beş Rusiya aviabazasını FPV tipli döyüş dronları ilə hədəfə alıb. Analitiklərə görə, “Pautina” adlandırılan bu əməliyyat müasir döyüş taktikalarında dönüş nöqtəsi ola bilər və pilotlu aviasiyanın sonunun başlanğıcı sayılır.

Ukraynanın on minlərlə dollara başa gələn dronları ilə Rusiya tərəfinin təqribən 2 milyard dollar dəyərində hərbi təyyarələri sıradan çıxarılıb.

"The Washington Post" yazır ki, hərçənd bu hücum birbaşa Perl-Harborla eyniləşdirilə bilməz — çünki Ukrayna müdafiə olunur, müharibəyə başlamayıb — ancaq hər iki halda köhnə hərbi sistemlərin nə qədər həssas olduğu ortaya çıxır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR