Onlayn ictimai-siyasi qəzet
Çin Xalq Respublikası ABŞ-la ticarət müharibəsi fonunda yerli aviaşirkətlərə "Boeing" təyyarələrinin, eləcə də onlara aid avadanlıq və ehtiyat hissələrinin alınmasını qadağan edib.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Çin hökuməti hazırda "Boeing" təyyarələrini lizinq əsasında istifadə edən aviaşirkətlərə dəstək yollarını nəzərdən keçirir.
Bildirilir ki, təxminən 10 ədəd "Boeing 737 Max" təyyarəsi Çin aviaparkına təhvil verilməyə hazırlaşır.
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ